Bakı. Trend:
Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoyt intihar edib.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV-məlumat yayılıb.
Məlumata görə, intiharın səbəbi hələ ki, açıqlanmır.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Roman Starovoytu Nəqliyyat naziri vəzifəsindən azad etmişdi. Bu hadisə Rusiya hava limanlarında yüzlərlə hava reysinin ləğv olunması, minlərlə sərnişinin aeroportlarda gecələməsi ilə nəticələnmiş kollapsdan sonra baş vermişdi.
Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.