...

İran prezidenti ona qarşı sui-qəsdin olduğunu iddia edib

Dünya xəbərləri Materials 7 İyul 2025 17:26 (UTC +04:00)
İran prezidenti ona qarşı sui-qəsdin olduğunu iddia edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Mənim həyatıma qarşı sui-qəsd planının arxasında ABŞ deyil, İsrail idi.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian xarici mediaya açıqlamasında deyib.

O qeyd edib ki, əldə olunan kəşfiyyat məlumatına görə, İsrail iclas təşkil olunacaq ərazinin bombalanması nəzərdə tutulubmuş.

“İran xalqı müstəqilliyi uğrunda canını qurban verməkdən qorxmur. İsrailin İrana qarşı tətbiq etdiyi müharibə bir məqamla nəticələndi. O da İran vətəndaşları arasında həmrəylik və birliyin artması idi”, - deyə o qeyd edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti