...

Direktor və direktor müavinlərinin işə qəbulu üzrə 20 nəfər müxtəlif vəzifələr üzrə uğur qazanıb

Cəmiyyət Materials 7 İyul 2025 14:31 (UTC +04:00)
Direktor və direktor müavinlərinin işə qəbulu üzrə 20 nəfər müxtəlif vəzifələr üzrə uğur qazanıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçirilmiş müsabiqənin yekun nəticələri elan edilib.

Müsabiqənin test mərhələsində keçid balını toplamış namizədlərdən 42 nəfəri müsahibə mərhələsində iştirak etmiş, onlardan 20-si müxtəlif vəzifələr üzrə uğur qazanıb.

Namizədlər "MyCulture" vahid şəxsi kabineti vasitəsilə müsabiqə nəticələri ilə tanış ola bilərlər.

Müsabiqə şərtlərinə əsasən, uğur qazanmış namizədlər 5 (beş) iş günü ərzində “MyCulture” vasitəsilə vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, uğur qazanmış namizədlər ən azı 5, ən çoxu isə 20 vakansiya seçmək hüququna malikdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti