Bakı. Trend:
Bakıda yerləşən çimərlikdə 27 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən Mətləb Süleymanlının cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışa verilib.
Proses 21 iyulda davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən il iyul ayında baş verib. Gecə saatlarında şəxsi münasibətlər zəminində baş verən mübahisə nəticəsində Mətləb Süleymanlı Adil Talıbovu kəsici-deşici alətlə qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.