Bakı. Trend:
İraqın şimalında şəhid Nuri Melih Bozqurdun nəşinin axtarışı zamanı metan qazından zəhərlənmədən şəhid olan hərbçilərin sayı 12-ə çatıb.
Trend bu barədə Türkiyənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
“2025-ci il iyulun 6-da, Pəncə-Kilid əməliyyatı bölgəsində, 852 saylı təpədə separatçı -terror qruplaşmasının istifadə etdiyi bir mağarada aparılan axtarış-təmizləmə fəaliyyəti zamanı metan qazından təsirlənən daha dörd qəhrəman silah yoldaşımız şəhid olub, şəhidlərin ümumi sayı on iki nəfərə çatmıb”, - deyə məlumatda qeyd olunur.
xxx
09:20
İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində metan qazından zəhərlənmə nəticəsində Türkiyə ordusunda şəhid olan əsgərlərin sayı 8-ə çatıb.
Trend xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, ötən gün metan qazından zəhərlənmə nəticəsində 5 əsgər şəhid olmuşdu.
Qeyd edək ki, 28 may 2022-ci ildə şəhid olan leytenant Nuri Melih Bozkurtun cəsədinin tapılması işləri çərçivəsində bir mağarada aparılan axtarış zamanı 19 əsgər metan qazına məruz qalıb.