Bakı. Trend:
Bakının Yasamal rayonu, Moskva prospekti ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli məlumat verib.
O qeyd edib ki, hadisə bu gün səhər saat 08:30 radələrində baş verib.
"Belə ki, “Chevrolet” markalı 77-YG-542 qeydiyyat nişanlı minik avtomobili ilə “Hyundai” markalı 50-DL-691 qeydiyyat nişanlı sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır",- deyə o əlavə edib.
XXX
09:17
Bakının Yasamal rayonu, Moskva prospekti, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən köməkçi yolla yanaşı, Bakı-Sumqayıt şosesi “20 Yanvar” metrostansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Polis əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün zəruri tədbirlər görülür.