...

Britaniya hökuməti ölkə üzrə ailə dəstək mərkəzləri yaradacaq

Dünya xəbərləri Materials 7 İyul 2025 05:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti İngiltərədəki bütün yerli bələdiyyələrdə ailələr üçün “Best Start” (Ən Yaxşı Başlanğıc) adlı dəstək mərkəzlərinin yaradılacağını elan edib.

Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, bu təşəbbüs aztəminatlı ailələrə, valideynlərə və gənclərə yardım göstərmək məqsədi daşıyır. Layihə çərçivəsində 500 milyon funt-sterlinq vəsait ayrılıb və onunla yarım milyon uşağa dəstək göstərilməsi nəzərdə tutulur.

Britaniyanın Təhsil naziri Bricet Fillipson bildirib ki, bu proqram ailələr üçün “xilasedici bir vasitə” olacaq.

Ailə dəstək mərkəzləri valideynlik dəstəyi, doğuş qeydiyyatı, borc məsləhətləri, psixoloji yardım və gənclər üçün klub fəaliyyətlərini əhatə edəcək.

Rəsmi plana əsasən, mərkəzlər 2026-cı ilin aprel ayınadək bütün yerli bələdiyyələrdə istifadəyə veriləcək, 2028-ci ilin sonunadək isə onların sayı 1000-ə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti