Bakı. Trend:
Türkiyənin “Fənərbağça” futbol klubu 2024/2025 mövsümünün ilk transferini reallaşdırıb.
Trend xəbər verir ki, İstanbul təmsilçisi bu barədə klubun rəsmi saytında məlumat yayıb.
Bildirilib ki, “Fənərbağça” Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Con Duranın icarə əsasında transferini rəsmiləşdirib.
Kolumbiyalı forvard qarşıdakı bir il ərzində “sarı-lacivərdlilər”in formasını geyinəcək.