...

Polşanın sərhəd nəzarətini bərpa etməsi qeyri-qanuni miqrasiya qarşısında kapitulyasiyadır - Gitanas Nauseda

Dünya xəbərləri Materials 7 İyul 2025 00:43 (UTC +04:00)
Polşanın sərhəd nəzarətini bərpa etməsi qeyri-qanuni miqrasiya qarşısında kapitulyasiyadır - Gitanas Nauseda
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın Polşa-Litva və Polşa-Almaniya sərhədlərində sərhəd nəzarətini müvəqqəti olaraq bərpa etməsi qeyri-qanuni miqrasiyaya qarşı kapitulyasiya kimi qiymətləndirilib.

Trend-in məlumatına görə, bunu Litva Prezidenti Gitanas Nauseda Vilnüsdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

Nauseda etiraf edib ki, sərhəd nəzarətinin bərpası artıq başqa yollarla həll edilə bilməyən problemlərin nəticəsidir:
“Lakin bu addımlar müvəqqəti xarakter daşımalı və o qədər effektiv olmalıdır ki, onlar mümkün qədər tez ləğv edilsin”, – deyə o vurğulayıb.

Öz növbəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer qeyd edib ki, Berlin bu məsələdə Varşava ilə əməkdaşlığını və fəaliyyət koordinasiyasını davam etdirir.

Xəbər lenti

Xəbər lenti