Bakı. Trend:
İtaliyanın “Milan” klubu yay transfer pəncərəsində heyətini gücləndirmək məqsədilə “Gent”in futbolçusu Arçi Braunu transfer etmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, 23 yaşlı sol cinah müdafiəçisi “rossoneri”nin qısa transfer siyahısına daxil edilib və rəhbərlik oyunçunun transferini ciddi şəkildə nəzərdən keçirir.
Qeyd edək ki, ingiltərəli futbolçu ötən mövsüm Belçika çempionatında “Gent”in heyətində 32 oyun keçirib, 1 qol və 3 assist ilə yadda qalıb.