...

Tonqada 5,5 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 7 İyul 2025 06:17 (UTC +04:00)
Tonqada 5,5 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tonqa Krallığının əsas adası olan Tonqatapu adasının şərq sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri ada dövlətinin paytaxtı Nukualofadan 60 km aralıda yerləşib. Yeraltı təkanların ocağı 34 km dərinlikdə qeydə alınıb.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi ilə bağlı xəbərdarlıq verilməyib.

Xəbər lenti

Xəbər lenti