Bakı. Trend:
Çin hökuməti Avropa İttifaqından (Aİ) tibbi avadanlıqların idxalına yeni məhdudiyyətlər tətbiq edib.
Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yeni qaydalar 45 milyon yuandan (təxminən 6,3 milyon ABŞ dolları) çox dəyəri olan tibbi avadanlıqların dövlət tenderlərində iştirakına şamil edilir.
Bundan əlavə, əgər tibbi avadanlıqların istehsalında istifadə olunan komponentlərin 50%-dən çoxu Aİ ölkələrində hazırlanıbsa, Çin bu məhsulların idxalını da məhdudlaşdıracaq.
Çin Maliyyə Nazirliyi bildirib ki, bu məhdudiyyətlər yalnız Aİ-dən birbaşa idxal olunan məhsullara aiddir və Avropa şirkətlərinin Çində istehsal etdiyi avadanlıqları əhatə etmir.