...

İsrail Yəməndə “Qara bayraq” əməliyyatına başlayıb

Dünya xəbərləri Materials 7 İyul 2025 10:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu “Qara kəmər” əməliyyatına başlayıb. Əməliyyat çərçivəsində İsrailin hərbi hava qüvvələri 3 Yəmən limanına, həmçinin, “Ənsar-Allah” hərəkatına aid husilərin 2023-cü ildə ələ keçirdiyi “Galaxy Leader” yük gəmisinə hədəflənmiş avireydlər həyata keçirib.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

İsrail müdafiə naziri İsrael Katz cari vəziyyəti İsrailin bu yaxınlarda İrana endirdiyi aviazərbələrlə müqayisə edib.

Onun sözlərinə görə, hava əməliyyatında “Ras-Kanatibe” elektrik stansiyasına da zərbə endirilib.

“Yəmənin taleyi elə Tehranın taleyi kimidir. “Qara Bayraq” əməliyyatı çərçivəsində İsrail Müdafiə Qüvvələri (IDF) hazırda Husi terror rejiminin nəzarətində olan Hodeyda, əs-Salif və Ras İsa limanlarında yerləşən terror hədəflərinə, Ras Qatib elektrik stansiyasına və təxminən iki il əvvəl husilər tərəfindən ələ keçirilmiş və hazırda Qırmızı dənizdə terror fəaliyyəti üçün istifadə olunan “Galaxy Leader” gəmisinə güclü zərbələr endirib”, - deyə Katz bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti