...

Tramp Qəzzada atəşkəsi elan edə bilər

Dünya xəbərləri Materials 7 İyul 2025 02:43 (UTC +04:00)
Tramp Qəzzada atəşkəsi elan edə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp, Dohada İsrail və HƏMAS nümayəndələrinin iştirakı ilə keçirilən danışıqların uğurlu olması halında, bazar ertəsi Qəzza zolağında atəşkəs elan edə bilər.

Trend xəbər verir ki, bu barədə “The National” nəşri mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, HƏMAS hərəkatı 60 günlük atəşkəs, 10 girovun azad edilməsi və 18 qurbanın qalıqlarının təhvil verilməsini nəzərdə tutan təklif planına müsbət cavab verib. Bundan iki gün sonra – iyulun 6-da İsrail və HƏMAS arasında dolayı danışıqlar Qətərin paytaxtı Dohada yenidən başlayıb.

Danışıqlar İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfərə hazırlaşdığı vaxta təsadüf edir.

“The National” qeyd edir ki, əgər tərəflər razılaşmanın bəzi detallarında mövcud fikir ayrılıqlarını aradan qaldıra bilsələr, Tramp Qəzzada müvəqqəti atəşkəs elan edəcək və HƏMAS-ı silahlarını yerə qoymağa, bütün girovları azad etməyə çağıracaq.

Xəbər lenti

Xəbər lenti