...

Tehranda futbol yarışları ləğv edilib

Dünya xəbərləri Materials 7 İyul 2025 10:49 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Tehran vilayətində hava çirkliliyi səbəbi ilə bu gün bütün futbol yarışları və təlim-məşq toplantıları ləğv edilib.

Trend-in məlumatına görə, bununla əlaqədar Tehran Futbol Assosiasiyası məlumat yayıb.

Məlumata görə, Tehran vilayətində 7 iyulda heç bir futbol yarışı keçirilməyəcək və təlim-məşq toplantıları baş tutmayacaq.

Qeyd edək ki, Tehran vilayəti Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin baş direktoru Həsən Abbasnejad yerli mediaya açıqlamasında bildirib ki, 7-10 iyul aralığında Tehran vilayətində hava çirkliliyi yüksək həddə çatacaq. Bununla əlaqədar vətəndaşların, xüsusilə uşaqlar, yaşlılar, ürək xəstələrinin zərurət yaranmadığı halda mənzillərini tərk etməmələri məsləhət görülür.

Xəbər lenti

Xəbər lenti