...

Daha bir qanunsuz tikili sökülüb (VİDEO)

Hadisə Materials 7 İyul 2025 10:30 (UTC +04:00)
Daha bir qanunsuz tikili sökülüb (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Muxtar Aşurov küçəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Xəbər lenti

Xəbər lenti