Bakı. Trend:
İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında mübarizə sərbəst güləşçilər arasında davam edir.
Trend xəbər verir ki, Azərbaycan güləşçisi Omar Gülməmmədov 74 kq çəki dərəcəsində ukraynalı Boqdan Oliynikə qarşı keçirdiyi görüşdə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gələrək bürünc medal qazanıb.
Digər təmsilçimiz Anar Cəfərli isə 92 kq çəki dərəcəsində Gürcüstan güləşçisi Sandro Kuraşvili üzərində 7:4 hesablı qələbə qazanaraq U20 Avropa çempionatının bürünc mükafatçısı olub.
Azərbaycanın digər idmançıları da medal uğrunda mübarizəni davam etdirirlər.