...

Tailand ABŞ-yə yeni ticarət sazişi təklif etməyə hazırlaşır

Dünya xəbərləri Materials 7 İyul 2025 00:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailand hökuməti ABŞ şirkətlərinə ölkə bazarına daha geniş çıxış imkanı verəcək yeni ticarət sazişi təklif etməyə hazırlaşır.

Trend-in “Bloomberg” agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə Tailandın maliyyə naziri Piçay Çunhavaçira bəyan edib.

Nazirin sözlərinə görə, yeni təklif ABŞ ilə ticarət profisitini beş il ərzində 70 faiz azaltmağı hədəfləyir.

Tailand ABŞ-nin 36 faizlik gömrük rüsumları tətbiq etməsindən yayınmaq üçün qarşılıqlı güzəştlərə hazır olduğunu bildirib. Plan çərçivəsində ABŞ-nin kənd təsərrüfatı və sənaye məhsulları istehsal edən şirkətlərinə Tailand bazarına daha geniş çıxış veriləcək, eyni zamanda ABŞ-dən idxal olunan əksər mal qrupları üzrə tariflər ləğv ediləcək.

Xəbər lenti

Xəbər lenti