Bakı. Trend:
Astanada keçirilən boks üzrə Dünya Kuboku başa çatıb və Azərbaycan komandası yarışın medal sıralamasında 16-cı yerdə qərarlaşıb.
Trend-in məlumatına görə, boksçularımız turnirdə İngiltərə komandası ilə eyni nəticəni göstərərək 3 bürünc medal əldə ediblər.
Yarışın ev sahibi olan Qazaxıstan komandası 8 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq ümumi sıralamada birinci olub. Braziliya (4 qızıl, 2 gümüş, 1 bürünc) ikinci, Hindistan isə (3 qızıl, 5 gümüş, 3 bürünc) üçüncü yeri tutub.