...

İsrail və HƏMAS arasında dolayı danışıqların növbəti raundu Dohada başlayıb

Dünya xəbərləri Materials 7 İyul 2025 02:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı dolayı danışıqların növbəti raundu Dohada start götürüb.

Trend xəbər verir ki, bu barədə Qətərin “Al Araby” telekanalı məlumat yayıb.

Bildirilib ki, Qətərin vasitəçiliyi ilə keçirilən məsləhətləşmələr zamanı tərəflər atəşkəs razılaşmasının həyata keçirilmə mexanizmini, həmçinin Qəzzada saxlanılan israilli girovlarla İsraildə həbsdə olan fələstinli məhbusların azad edilməsini müzakirə ediblər.

Xatırladaq ki, bu ilin mart ayında İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, yanvarda əldə olunmuş atəşkəs rejimini pozmuşdu. O vaxtdan etibarən Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə aparılan bir neçə danışıqlar raundu nəticəsiz qalmışdı.

İyulun 2-də ABŞ Prezidenti Donald Tramp İsrailin 60 günlük atəşkəs planına razılıq verdiyini, HƏMAS isə iyulun 4-də Fələstin qrupları ilə məsləhətləşmələrdən sonra təklifə müsbət cavab verdiyini bəyan edib. Hazırkı danışıqlar bu razılaşmanın həyata keçirilməsini təmin etməyə yönəlib.

Xəbər lenti

Xəbər lenti