...

"TikTok" ABŞ bazarında bloklanma riskinə qarşı yeni tətbiq hazırlayır

Dünya xəbərləri Materials 7 İyul 2025 05:51 (UTC +04:00)
"TikTok" ABŞ bazarında bloklanma riskinə qarşı yeni tətbiq hazırlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"TikTok" sosial şəbəkəsinin mütəxəssisləri ABŞ-də mümkün bloklanma riskinə qarşı alternativ olaraq yeni mobil tətbiq hazırlayırlar.

Trend-in “The Information” portalına istinadla verdiyi məlumata görə, hazırda “M2” kod adı ilə tanınan bu tətbiqin sentyabrın 5-də ABŞ tətbiq mağazalarında istifadəyə verilməsi planlaşdırılır.

Mənbələrin bildirdiyinə görə, "TikTok"un ana şirkəti "ByteDance" bu addımı ABŞ hökumətinin təzyiqləri və platformanın ölkədə qadağan edilə biləcəyi ehtimalına qarşı atır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 29-da "Fox News" telekanalına verdiyi açıqlamada bir qrup zəngin investorun "ByteDance"dən TikTok-u almağa hazır olduğunu bildirib. Bundan əvvəl – iyunun 19-da Tramp "TikTok"un bloklanmasının qüvvəyə minməsinin 90 gün – sentyabrın 17-dək təxirə salındığını elan etmişdi.

Qanuna əsasən, əgər "ByteDance" bu müddətə qədər "TikTok"u ABŞ-li alıcılara satmasa, platforma ölkədə tamamilə qadağan ediləcək. Yeni tətbiqin bu risklərə qarşı ehtiyat tədbiri olaraq hazırlandığı bildirilir.

Xəbər lenti

Xəbər lenti