...

İranda İsrail kəşfiyyatı ilə əlaqəli şəxs saxlanılıb

Dünya xəbərləri Materials 7 İyul 2025 03:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın qərbində yerləşən Həmədan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları İsrailin xarici kəşfiyyat xidməti ilə əlaqəli olduğu iddia edilən bir şəxsi saxlayıblar.

Trend-in məlumatına görə, bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən FARS agentliyi xəbər yayıb.

Bildirilib ki, saxlanılan şəxs İranın hərbi və təhlükəsizlik mərkəzlərində çalışan əməkdaşlar barədə məlumat toplayıb. Həmin məlumatların gələcəkdə xarici kəşfiyyat orqanlarına ötürülməsi planlaşdırılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti