Bakı. Trend:
Cənubi Koreya millisinin üzvü Son Hın Min ABŞ-nin MLS təmsilçisi “Los Anceles” klubundan aldığı təklifdən imtina edib.
Trend-in “The Sun”a istinadla verdiyi məlumata görə, 32 yaşlı hücumçu MLS klubunun təklifini rədd etsə də, “Tottenhem”dən ayrılmağa hazırlaşır.
Hal-hazırda futbolçunun bir neçə klubla danışıqlar apardığı bildirilir.
Son ötən mövsüm “Tottenhem”in heyətində 46 oyun keçirib, 11 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, təcrübəli vingerin London klubu ilə mövcud müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.