...

Nigeriyada ağır yol qəzası - 20-dən çox ölən var

Dünya xəbərləri Materials 7 İyul 2025 12:32 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriyanın şimalında baş verən ağır yol qəzasında azı 21 nəfər həyatını itirib. Kan ştatının ərazisində baş vermiş hadisə avtobusla yük maşının toqquşması nəticəsində qeydə alınıb.

Trend bu barədə Nigeriyanın “Daily Trust” nəşrinə istinadən xəbər verir.

Toqquşmadan sonra avtobusun yanmağa başladığı bildirilir. Ölənlərlə yanaşı, ağır yol nəqliyyat hadisəsində yaralananlar da olub.

Şahidlərin verdiyi ifadəyə görə, qəzaya səbəb avtobus sürücüsünün yol hərəkəti qaydalarını pozması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti