Bakı. Trend:
Bu il iyulun 1-ə qədər nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün portal üzərində ümumilikdə 23 154 müraciət daxil olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu müraciətlərdən 12 206-ı üzrə 65.3 milyon manat vəsait vətəndaşlara ödənilib.
"8042 müraciətə imtina cavabı verilib və ya ödəniş üzrə əməliyyatlar uğursuz olub", - deyə qeyd olunub.
Bu linkə daxil olaraq nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı məlumatlarla tanış ola bilərsiniz.