...

Bacısını bıçaqlayan şəxsə hökm oxundu

Hadisə Materials 7 İyul 2025 14:13 (UTC +04:00)
Bacısını bıçaqlayan şəxsə hökm oxundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bacısını bıçaqlamaqda təqsirləndirilən Adil Sayılovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Şəki Ağır Cinayətlər keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Adil Sayılov 7 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə ötən ilin mart ayında Balakən rayonunda baş verib.

Adil Sayılov ailə münaqişəsi zəminində bacısı Həlimət Məmmədovanı bıçaqlayıb. Həlimət Məmmədova xəstəxanaya çatdırılıb və həkimləri səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti