...

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb - DİN

Hadisə Materials 7 İyul 2025 10:09 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb - DİN
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 5-də və 6-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti