...

Pirəkəşküldə müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Cəmiyyət Materials 7 İyul 2025 10:41 (UTC +04:00)
Pirəkəşküldə müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 7-11 iyul tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti