...

İran heç bir şəkildə müharibə tərəfdarı deyil – Pezeşkian

Dünya xəbərləri Materials 7 İyul 2025 16:45 (UTC +04:00)
İran heç bir şəkildə müharibə tərəfdarı deyil – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran heç bir şəkildə müharibə tərəfdarı deyil və onun davam etməsini istəmir.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian xarici mediaya açıqlamasında deyib.

İran prezidenti qeyd edib ki, iqtidara gəldiyi gündən hökumətinin devizi ölkə daxilində milli birliyi gücləndirmək, həm də qonşu ölkələrlə və bütün dünya ilə sülh, əmin-amanlıq və dostluğu gücləndirmək olub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti