Bakı. Trend:
Xəbər verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Trend xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
xxx
18:03
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.