...

Dövlət Xidməti 74 nəqliyyat vasitəsini hərraca çıxarır

İqtisadiyyat Materials 7 İyul 2025 16:39 (UTC +04:00)
Dövlət Xidməti 74 nəqliyyat vasitəsini hərraca çıxarır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 22-si və 29-da hərraclar keçiriləcək.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, hərraclara 74 nəqliyyat vasitəsi çıxarılıb.

İyulun 22-də keçiriləcək hərraca 14 lot üzrə 62 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1987-2012-ci illəri əhatə edir.

İyulun 29-da keçiriləcək hərraca lot üzrə 12 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2013-2014-cü illəri əhatə edir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti