...

Bu ərazidən Azərbaycana diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin idxalına məhdudiyyət qoyulub

Cəmiyyət Materials 7 İyul 2025 15:37 (UTC +04:00)
Bu ərazidən Azərbaycana diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin idxalına məhdudiyyət qoyulub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Şimali Makedoniya Respublikasının Poloq regionunda blutanq xəstəliyi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün Poloq regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti