...

AEBA-nın son hesabatı İrana hücuma imkan yaratdı – Pezeşkian

Dünya xəbərləri Materials 7 İyul 2025 17:28 (UTC +04:00)
AEBA-nın son hesabatı İrana hücuma imkan yaratdı – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin son hesabatı İsrailin İrana hücum etməsinə bəhanə yaratdı və icazəsiz hücumlara zəmin hazırladı.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian xarici mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hətta Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu hücumları qınamadı və ya hücumların dayandırılmasına cəhd göstərmədi. Bu isə beynəlxalq hüquqa zidd idi.

“Ümumilikdə İran AEBA-nın fəaliyyətinə müəyyən dərəcədə bədbin yanaşırdı. Çünki İsrailin AEBA-nın apardığı yoxlamalardan məlumat ala biləcəyi düşüncəsi var idi. Lakin bu məsələ, agentliyin İranda öz fəaliyyətlərini həyata keçirməsinə heç vaxt mane olmurdu. Agentlik müfəttişləri İranın nüvə obyektlərinə nəzarət və onları müşahidə etmək imkanına malik idi”, - deyə o qeyd edib.

Qeyd edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dair qərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar keçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə mərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi halda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti