...

Araz-Naxçıvan Türkiyədə “Trabzonspor”la qarşılaşacaq

İdman Materials 7 İyul 2025 17:21 (UTC +04:00)
Araz-Naxçıvan Türkiyədə “Trabzonspor”la qarşılaşacaq
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Yay təlim-məşq toplanışını iyulun 5-dən etibarən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın keçirəcəyi yoldaşlıq görüşlərinin tarixi və rəqibləri müəyyənləşib.

Bu barədə Trend-ə Araz-Naxçıvan FK-dan məlumat verilib.

Qeyd edilib ki, komanda hazırlıq prosesi çərçivəsində üç yoxlama oyunu keçirəcək və bu matçların hamısında Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.

Muxtar respublika klubu iyulun 9-da “Bayburtspor”, 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor”la qarşılaşacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) münasibətlərinə aydınlıq gətirəcək. İyulun 24-də Liv Bona Dea Arenada keçiriləcək matç saat 20:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra səfərdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti