...

Azərbaycanda özəl sektorun xarici bazarlara çıxışının artırılması müzakirə edilib

İqtisadiyyat Materials 7 İyul 2025 17:28 (UTC +04:00)
Azərbaycanda özəl sektorun xarici bazarlara çıxışının artırılması müzakirə edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda özəl sektorun xarici bazarlara çıxışının artırılması müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Həmkarlarla "Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar" mövzusunda keçirilən paneldə iştirak etdik.

Azərbaycanın beynəlxalq enerji, nəqliyyat və ticarət platformalarında strateji rolu, regional əməkdaşlığın şaxələndirilməsi, özəl sektorun xarici bazarlara çıxışının artırılması, yaşıl enerji resurslarından istifadənin təşviqi və iqlim fəaliyyətinin gücləndirilməsi barədə müzakirələr apardıq", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti