Bakı. Trend:
Türkiyə hüquq-mühafizə orqanları beynəlxalq və ölkə daxilində axtarışda olan 15 cinayətkarı ölkəyə gətizdirib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz rəsmi “X” səhifəsində məlumat bölüşüb.
Məlumata görə, cinayətkarların 10-u Gürcüstandan, ikisi Yunanıstandan, digərləri Birləşmiş Krallıq, Şimali Makedoniya və Almaniyadan ektradisiya edilib.
“Bu kabinet dövrümüzdə 398 cinayətkarın ölkəmizə ekstradisiyasını təmin etmişik... Daim izlərindəyik, bizdən qaça bilməzlər. Qırmızı bülletenlə beynəlxalq səviyyədə axtarılan U.Y., A.G., H.G., V.T., M.C.A., S.B., O.Y., Ç.Ö., M.Ö., C.A.K., C.M., M.G. və S.T. ilə milli səviyyədə axtarılan F.T. və A.Y. adlı şəxslər tutulub və ölkəmizə qaytarılıb”, - deyə Əli Yerlikaya yazıb.