Bakı. Trend:
Abşeron magistral kanalında bir nəfər kişi meyiti tapılıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron magistral kanalının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən keçən hissəsində suyun üzərində aşkarlanan bir nəfər kişi meyitinin götürülməsi ilə bağlı müraciət daxil olub.
Müraciətlə əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.