...

Azad olunan ərazilərdə kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək - İLK DƏFƏ

İqtisadiyyat Materials 7 İyul 2025 16:35 (UTC +04:00)
Azad olunan ərazilərdə kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək - İLK DƏFƏ
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət müstəqilliyinin bərpasından sonra keçən dövr ərzində Azərbaycanın kənd təsərrüfatı uğurlu inkişaf yolu keçib, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı xeyli artıb, əsas məhsullar üzrə ərzaq təhlükəsizliyi təmin olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu sahədə qərarların qəbulu üçün əsas statistik informasiya mənbəyi olan kənd təsərrüfatının siyahıyaalınması ölkəmizdə cari il iyul ayının 15-dən avqustun 15-dək keçiriləcək.

Bildirilib ki, on ildən bir aparılan siyahıyaalma ilə ölkəmizin tarixində ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilər də əhatə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti