...

DTX və DSX-dən birgə əməliyyat: 42 kq narkotikin İrandan ölkəyə keçirilməsinin qarşısı alınıb

Cəmiyyət Materials 7 İyul 2025 18:53 (UTC +04:00)
DTX və DSX-dən birgə əməliyyat: 42 kq narkotikin İrandan ölkəyə keçirilməsinin qarşısı alınıb
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

DTX və DSX birgə əməliyyat keçirib, 42 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilir ki, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəddinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti