...

Nəsimi rayonunda quldurluq edən şəxs saxlanılıb

Hadisə Materials 7 İyul 2025 14:10 (UTC +04:00)
Nəsimi rayonunda quldurluq edən şəxs saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Trend-in xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 6-da gecə saatlarında naməlum şəxs 19 və 25 yaşlı paytaxt sakinlərini kəsici alətlə hədələyərək onların pulunu talayıb.

Hadisə ilə bağlı Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 46 yaşlı M.Əliyev saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti