Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp BRICS təşkilatının siyasətini dəstəkləyən dövlətlərə qarşı əlavə 10 faizlik ticarət rüsumları tətbiq olunacağını bəyan edib.
Trend-in məlumatına görə, bu barədə Tramp “Truth Social” platformasında paylaşım edib.
“BRICS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkəyə qarşı 10 faiz əlavə rüsumlar tətbiq ediləcək. İstisna olmayacaq”, – deyə ABŞ prezidenti qeyd edib.
Qeyd edək ki, Tramp daha əvvəl də BRICS-in fəaliyyətini tənqid etmiş və ABŞ iqtisadiyyatına qarşı yönəlmiş siyasət kimi qiymətləndirmişdi. Onun bu bəyanatı BRICS-ə üzv və onu dəstəkləyən ölkələrə qarşı mümkün iqtisadi təzyiqlərin artacağına işarə kimi qiymətləndirilir.