Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ev şəraitində fərdi təhsil alan istedadlı şagird, Özləm Şahin qızı Məmmədlini doğum günündə ziyarət edib.
Trend xəbər verir ki, icra başçısı yaradıcılığı və xüsusi bacarığı ilə seçilən gənci 15 yaşı tamam olması münasibəti ilə təbrik edib, ona təhsildə və gələcək həyatında uğurlar arzulayıb.
Görüş zamanı Elnur Rzayev, Özləm Məmmədli ilə birlikdə doğum günü tortunu kəsərək, xatirə hədiyyələri təqdim edib.
Özləm Məmmədli və valideynləri göstərilən diqqət və qayğıya görə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Özləm Məmmədli Xaçmaz şəhəri, Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin şagirdidir. Özləm həm gözəl rəsmlər çəkir, həm də akril boya ilə özünəməxsus tablolar yaradır. Onun əl işləri sadə sənət nümunəsi deyil, duyğuların rəngə və formaya çevrilmiş halıdır.
Əlavə olaraq, epoksi texnikası ilə maraqlı və zərif əl işləri
hazırlayır, müxtəlif bəzək və dizayn işləri ilə də məşğul olur.
Özləm Məmmədliyə yaradıcılığında uğurlar arzulayırıq !!!