Bakı. Trend:
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku sona çatıb.
Trend xəbər verir ki, yarışın ikinci və sonuncu günündə Azərbaycan milli komandasının üzvü, -100 kq çəki dərəcəsində çıxış edən Davud Namazlı fəxri kürsünün ikinci pilləsinə yüksələrək gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə 32 ölkədən ümumilikdə 428 cüdoçu mübarizə aparıb.