Bakı. Trend:
Avropa İttifaqı 2022-ci ildən bəri Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşır.
Trend-in məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.
"Aİ ABŞ senatorları ilə koordinasiyada Fransanın təklifləri əsasında son üç ilin ən sərt sanksiyalarını tətbiq etməyə hazırlaşır", - deyə o bildirib.
Onun sözlərinə görə, "sanksiyalar Rusiyanın neft gəlirlərinə, Rusiyanın maliyyə oyunçularına və Rusiyaya məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək edən digər ölkələrdəki vasitəçilərə şamil olunacaq".