Bakı. Trend:
Yaşıl zonanın ümumi ərazisi 37,500 kvadratmetrdir. Bu ərazidə 50-dən çox pavilyon mövcuddur.
Bu barədə Trend-in suallarını cavablandırarkən COP29 Əməliyyat Şirkətinin Tərəfdaşlarla əlaqələr sektorunun rəhbəri Leyla Mahmudova deyib.
O qeyd edib ki, bundan başqa Yaşıl Zonada 4 konfrans otağı mövcuddur.
"Yaşıl zonanın əsas sakinləri xarici və yerli şirkətlər, QHT-lər, media və gənc qrupudur. Ayın 11-dən artıq Yaşıl Zona fəaliyyətə başlayacaq. Zonaya giriş akkreditasiya və ödənişsiz onlayn biletlər vasitəsilə mümkün olacaq. Burada gündəlik proqramlar mövcud olacaq.
Mavi Zonada yerləşən Azərbaycan pavilyonunun əsas məzmunu Azərbaycanın dayanıqlıq mövzusunda gördüyü işlər və layihələr haqqındadır. Həmçinin, bu pavilyonda iki konfrans otağı olacaq", - deyə o bildirib.