...

Prezident İlham Əliyev bəzi fərmanlara dəyişiklik edib

Siyasət Materials 8 Noyabr 2024 12:06 (UTC +04:00)
Prezident İlham Əliyev bəzi fərmanlara dəyişiklik edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmana əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddə 661) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-1-ci bənddən “üçüncü və” sözləri çıxarılsın və həmin bənddə “abzaslarında” sözü “abzasında” sözü ilə əvəz edilsin;

1.2. 2.4-cü bənddən “üçüncü,” sözü çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 13-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 3-cü bəndindən “və yük” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1031 (Cild I); 2024, № 8, maddə 948) ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 3.1.4-cü yarımbəndindən “və yük” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Dövlət başçısı müvafiq fərmanın icrası ilə bağlı qanunu təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti