...

Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsində tarixi zəfərimizi şərtləndirdi - Deputat

Siyasət Materials 8 Noyabr 2024 12:12 (UTC +04:00)
Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsində tarixi zəfərimizi şərtləndirdi - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

4 il əvvəl - 2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Şuşanın 28 illik erməni işğalından azad edilməsi Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm qələbələrindən biri oldu və məhz Şuşanın azad olunmasından sonra ermənilərin müqaviməti tamamilə qırıldı və kapitulyasiya ilə razılaşdılar.

“Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsində tarixi zəfərimizi şərtləndirdi. Şuşa əməliyyatı dünya hərb tarixində misli görünməmiş bir əməliyyat idi. Şuşanın hansı şəraitdə, əsgər və zabitlərimizin hansı əziyyətlərı bahasına, şəhidlərimizin qanı, canı hesabına, yüksək peşəkarlıq və dəqiqliklə hazırlanmış əməliyyat planı nəticəsində azad edildiyinin şahidi olduq.

Qəhrəman oğullarımız nə qədər çətin bir tapşırığı uğurla yerinə yetiriblər. Bəlkə də əvvəlcədən desəydilər ki, Şuşanı bu cür azad edəcəyik heç kim bu əməliyyatın mümkünlüyünə inanmazdı, ancaq şanlı ordumuz mümkünsüzü mümkün etdi və bu gün dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar çünki bu əməliyyat hər kəsi təəccüb içində qoyub. Ona görə də Şuşanın azad olduğu gün, 8 noyabr tariximizə qızıl hərflərlə yazıldı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi.

“Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü strateq bacarığı, zərgər dəqiqliyi ilə müəyyən etdiyi strategiya və doğru hədəfə yönəlmiş siyasəti nəticəsində xalqımız bu qələbəyə nail oldu. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə və yüksək keyfiyyətlə davam edir, soydaşlarımız öz doğma torpaqlarına geri dönürlər”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti