Bakı. Trend:
İsrail ABŞ-ın "Boeing" şirkəti ilə 5,2 milyard dollar dəyərində 25 ədəd qabaqcıl F-15 döyüş təyyarəsinin alınması üçün müqavilə imzalayıb.
Trend xəbər verir ki, bu haqda İsrailin Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamada, 5,2 milyard dollarlıq müqavilənin daha əvvəl ABŞ rəhbərliyi və Konqresi tərəfindən təsdiqlənmiş yardım paketinin bir hissəsi olduğu bildirilir.