Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda bir dam altında tikilən evlərdən ümumi sahəsi 150 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə və bitişik sahəsi 100 m² olan 2 otaqlı evin dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.