Bakı. Trend:
Artıq Şuşaya qayıdan sakinlərlə birlikdə Zəfər gününü və Şuşa şəhər gününü qeyd edirik.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasındaŞuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov
O qeyd edib ki, Şuşanın azad edilməsi bizim zəfərimizi ifadə edir.
"Bu Zəfər Günündə bütün şəhidlərimizi yad edirik, onlar qarşısında baş əyirik. Qazilərimizə can sağlığı arzu edirik. Bu gün Şuşada bayram abu-havası var",- deyə o bildirib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.